CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının proqramına dəyişiklik edilib

© Sputnik / Rahim MuradovPandemiya zamanı imtahan
Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Dövlət qulluğunun vəzifə qrupları üçün məntiqi təfəkkür üzrə imtahan proqramlarındakı fərq aradan qaldırılmaqla AB, AC, BA və BB vəzifə qrupları üzrə imtahan proqramı eyniləşdirilib
BAKI, 4 iyul — Sputnik. Dövlət qulluğuna qəbul, eləcə də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanının məntiqi təfəkkürün yoxlanılması üzrə proqramına müəyyən dəyişiklik edilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) xəbər verilib. Belə ki, dövlət qulluğunun vəzifə qrupları üçün məntiqi təfəkkür üzrə imtahan proqramlarındakı fərq aradan qaldırılmaqla AB, AC, BA və BB vəzifə qrupları üzrə imtahan proqramı eyniləşdirilib.
Proqramla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://exidmet.dim.gov.az/dqq/docs/program/mentiq_proqram.pdf
Xəbər lenti
0