DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin müdafiə naziri rusiyalı admiralla görüşüb

© AFP 2023 / ROSLAN RAHMANÇinin müdafiə naziri Li Şanfu
Çinin müdafiə naziri Li Şanfu  - Sputnik Azərbaycan, 1920, 03.07.2023
Abunə olmaq
Müdafiə naziri xatırladıb ki, Si Cinpinin mart ayında Rusiyaya tarixi dövlət səfəri edib və bu səfər zamanı iki ölkə liderləri Çin-Rusiya münasibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişafı planını birgə müəyyən ediblər.
BAKI, 3 iyul — Sputnik. Çinin müdafiə naziri Li Şanfu bazar ertəsi Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı, admiral Nikolay Yevmenov ilə görüşüb.
Li Şanfu xatırladıb ki, Çin sədri Si Cinpin mart ayında Rusiyaya tarixi dövlət səfəri edib və bu səfər zamanı iki ölkə liderləri Çin-Rusiya münasibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişafı planını birgə müəyyən ediblər.
"Çin iki dövlət başçısının əldə etdiyi mühüm konsensusun həyata keçirilməsi üçün Rusiya ilə işləməyə və yeni dövrə qədəm qoyan Çin-Rusiya münasibətlərinin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq məzmununu davamlı şəkildə zənginləşdirməyə hazırdır", - Çinin müdafiə naziri vurğulayıb.
Xəbər lenti
0