Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Mərkəzi Bankı illik hesabatını təqdim edib

© Sputnik / Murad Orujov Mərkəzi Bankı
 Mərkəzi Bankı - Sputnik Azərbaycan, 1920, 03.07.2023
Abunə olmaq
Hesabatda deyilir ki, bu il yanvarın 1-nə AMB-nin işçilərinə verdiyi kreditlərin məbləği 457 min manat təşkil edib. Bu isə ötən il yanvarın 1-nə nisbətən 16,9 % azdır
BAKI, 3 iyul — Sputnik. Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 30 milyard 861,987 milyon manat təşkil edib.
Sputnik Azərbaycan xəbər verir ki, qurumun maliyyə hesabatında qeyd olunub ki, bu, ötən il yanvarın 1-nə nisbətən 16,85 % çoxdur.
AMB-nin aktivlərinin 22 milyard 019,990 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 26,8 % çox), 6 milyard 583,022 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (3,7 % az), 1 milyard 196,216 milyon manatını Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (4,9 % az), 288,889 milyon manatını isə banklara verilmiş kreditlər (18,9 % az) təşkil edib.
2022-ci ildə AMB-nin öhdəlikləri 18,4 % artaraq 29 milyard 881,196 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 19,5 % artaraq 14 milyard 714,36 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 17,1 % azalaraq 6 milyard 169,718 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 6,9 % artaraq 4 milyard 280,227 milyon manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 4,9 % azalaraq 1 milyard 199,372 milyon manat olub.
İl ərzində qurumun balans kapitalı 16,2 % azalaraq 980,791 milyon manata düşüb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ili 63,955 milyon manat xalis zərərlə başa vurub. Bu, 2021-ci illə müqayisədə 60,7 % azdır.
Ötən il AMB-nin faiz gəlirləri 221,02 milyon manat (əvvəlki ilə nisbətən 68,4 % çox), faiz xərcləri 167,928 milyon manat (0,9 % çox), haqq və komissiya gəlirləri 32,421 milyon manat (58,25 % çox), haqq və komissiya xərcləri 3,7 milyon manat (3,5 % az), sair əməliyyat gəlirləri 30,357 milyon manat (5,7 dəfə çox), sair əməliyyat xərcləri 115,206 milyon manat (44,8 % çox), maliyyə öhdəliklərinin tanınması üzrə gəlirləri 59,042 milyon manat (7,9 dəfə çox), qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə zərəri 92,846 milyon manat (5,7 dəfə çox), qiymətli kağızlarının realizasiyası üzrə zərəri 29,906 milyon manat (15,5 % az), qiymətli kağızlarının dəyərsizləşməsi üzrə zərəri 776 min manat (əvvəlki il gəlir olub), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 23,863 milyon manat (2,6 % çox), investisiya fondlarındakı vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 4,587 milyon manat (34,5 dəfə çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 68,632 milyon manat (13,8 % çox), xarici valyuta əməliyyatları üzrə gəlirləri 4,09 milyon manat (əvvəlki il zərər olub), digər gəlirləri isə 39,659 milyon manat (2,2 dəfə çox) təşkil edib.
Qeyd edilib ki, 2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövlət büdcəsinə vəsait köçürməyib.
Xatırladaq ki, 2021-ci ildə AMB dövlət büdcəsinə 250 milyon manat vəsait köçürmüşdü.
Qurumdan o da bildirilib ki, 2022-ci ildə işçilərinə 32,509 milyon manat xərc çəkib. Sənədə əsasən, bu, 2021-ci illə müqayisədə 47,1% çoxdur.
Bundan başqa, hesabatda deyilir ki, bu il yanvarın 1-nə AMB-nin işçilərinə verdiyi kreditlərin məbləği 457 min manat təşkil edib. Bu isə ötən il yanvarın 1-nə nisbətən 16,9 % azdır.
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) torpaq, tikili və avadanlıqlarının dəyəri 287,951 milyon manat olub. Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,8 dəfə çoxdur.
Qurumun maliyyə hesabatında o da bildirilib ki, bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli banklara verdiyi kreditlərin ümumi məbləği 288 milyon 889 min manat olub.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 18,9 % azdır.
Xəbər lenti
0