Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

ANAMA minaaxtaran axtarır

© AP Photo / Lynne SladkyMasanın üzərində sənədlər
Masanın üzərində sənədlər - Sputnik Azərbaycan, 1920, 03.07.2023
Abunə olmaq
Maraqlananlar əlaqə telefonunu qeyd etməklə sənədlərini career@anama.gov.az ünvanına göndərməlidir. Sənəd qəbulu cari ilin 15 iyul tarixinədək həyata keçiriləcək.
BAKI, 3 iyul — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq sahədə ehtiyat siyahısının yaradılması məqsədi ilə dövlət orqanlarında nəqliyyatın və təsərrüfatın idarə edilməsi istiqamətləri, habelə hüquqşünaslıq ixtisası üzrə ali təhsilli, sahə üzrə 10 il, rəhbər vəzifədə 5 ildən artıq iş stajı olan şəxslərin sənədlərinin qəbulunu elan edir.
Bu barədə ANAMA-dan məlumat verilib.
Maraqlananlar əlaqə telefonunu qeyd etməklə aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
• şəxsiyyət vəsiqəsinin surəti;
• təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
• əmək kitabçasının surəti (olduğu halda).
Məlumatda qeyd edilib ki, sənəd qəbulu cari ilin 15 iyul tarixinədək həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0