DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“Twitter”də tvitlərin oxunma sayına məhdudiyyət qoyulub

© SputnikTwitter
Twitter - Sputnik Azərbaycan, 1920, 02.07.2023
Abunə olmaq
Məhdudiyyətlərin məlumatların toplanması və sistemin manipulyasiyasının son dərəcə yüksək səviyyədə olması ilə bağlı tətbiq edildiyi bildirilir.
BAKI, 2 iyul - Sputnik. “Twitter”in rəhbəri İlon Mask bildirib ki, istifadəçilərin gün ərzində oxuya biləcəyi tvitlərin sayına məhdudiyyət qoyulub.
Xarici KİV-lərin yazdığına görə, Mask təsdiqlənmiş hesabların gündə 6000, təsdiqlənməmiş hesabların 600, yeni olan və təsdiqlənməmiş hesabların isə gündə 300 mesaj oxuya biləcəyini açıqlayıb.
Bu açıqlamadan bir saat sonra Mask limitin müvafiq olaraq 8000, 800 və 400 tvitə qədər artırıldığını elan edib.
© Ryan Lash / TED Conferences, LLC / AFP İlon Mask
Илон Маск, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.07.2023
İlon Mask
Onun sözlərinə görə, məhdudiyyətlər “məlumatların toplanması və sistemin manipulyasiyasının son dərəcə yüksək səviyyədə olması” üzündən tətbiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0