CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah bəzi yerlərdə temperatur 35°-yə çatacaq

© Sputnik / Murad OrujovQarabağ, arxiv şəkli
Qarabağ, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.07.2023
Abunə olmaq
Gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
BAKI, 2 iyul - Sputnik. Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyulun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0