Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya vətəndaşlarının Putinə etimad səviyyəsi yüksəkdir

© Sputnik / Гавриил Григоров / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 02.07.2023
Abunə olmaq
Vətəndaşların Rusiya Prezidenti Vladimir Putinə etimad səviyyəsi 78,6 % təşkil edib.
BAKI, 02 iyul - Sputnik. Bu cür sorğu məlumatları Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi tərəfindən təqdim olunur.
Rusiya prezidentinin fəaliyyətinin bəyənilmə səviyyəsi 1,3% bənd azalaraq 74,8% təşkil edib. Eyni zamanda, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin sorğusunun nəticələrinə görə, rusiyalıların 78,6%-i Putinə etibar edir.
Bu arada, Rusiya hökumətinin fəaliyyəti respondentlərin 50,1%-i tərəfindən bəyənilib. Bu göstərici 0,6% bənd azalıb. Rusiyalıların 60,9%-i Rusiyanın Baş naziri Mixail Mişustinə etimad göstərdiyini bildirib – bu göstəricilərin 0,9% bəndi azalması qeydə alınıb. Bundan əlavə, respondentlərin 51,7%-i onun Rusiya hökumətindəki fəaliyyətini dəstəklədiyini bildirib (azalma 1,6% bənd).
Yeni sorğu iyunun 19-dan 25-dək aparılıb. Sorğuda yaşı 18-dən yuxarı olan 1,6 min Rusiya vətəndaşı iştirak edib.
İyunun əvvəlində Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi vətəndaşların Rusiya prezidentinin fəaliyyətini nə qədər bəyəndikləri barədə məlumatları da dərc edib. Bildirilib ki, prezidentin işi respondentlərin 76,1 faizi tərəfindən bəyənilib. Eyni zamanda, rusiyalıların 78,9%-i Putinə güvəndiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0