CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dilində, fikrində, əməlində Vətən olan Azərbaycan polisi - VİDEO

© AR Ministry of Internal AffairsPolis əməkdaşı, arxiv
Polis əməkdaşı, arxiv - Sputnik Azərbaycan, 1920, 02.07.2023
Abunə olmaq
Bu gün Azərbaycanda Polisin yaranmasının 105-cü ildönümünü qeyd olunur.
BAKI, 2 iyul - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan polisinin yaradılmasının 105 illiyi münasibətilə videoçarx hazırlayıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, videoçarxda Azərbaycan polisinin keçdiyi şərəfli yola nəzər salınır.

“Dilində, fikrində, əməlində Vətən olan, Mübtədası Vətən, xəbəri Vətən olan, Vətən üçün cəfanı səfa, çətini asan edən bir qəhrəmandır Azərbaycan polisi!”, - videoçarxda qeyd edilir.

İyulun 2-də Azərbaycanda Polisin yaranmasının 105-cü ildönümünü qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0