Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan enerji keçidinə görə Mərkəzi Asiya, MDB və Cənubi Qafqazda liderdir

© AFP 2023 / Orlando SIERRAKülək elektrik stansiyaları, arxiv
Külək elektrik stansiyaları, arxiv - Sputnik Azərbaycan, 1920, 02.07.2023
Abunə olmaq
Dünya İqtisadi Forumun renkinqində 2023-cü ildə Azərbaycanın enerji keçidi indeksinin qiyməti 62 olub.
BAKI, 2 iyul - Sputnik. Dünya İqtisadi Forumunun (DİF) 120 ölkə arasında enerji keçidinə görə renkinqində Azərbaycan 32-ci yer tutur.
DİF-in enerji keçidi indeksinə görə, 2023-cü ildə Azərbaycanın enerji keçidi indeksinin qiyməti 62 olub.
Bundan başqa, ölkə bu sahədə istehsal indeksinə görə 69,6, enerji keçidinə hazırlığa görə isə 50,7 balla qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan bu reytinqdə Mərkəzi Asiya, MDB və Cənubi Qafqaz ölkələri arasında lider mövqeyə malikdir.
Belə ki, Gürcüstan bu renkinqdə 62-ci, Ukrayna 64-cü, Tacikistan 73-cü, Qazaxıstan 76-cı, Qırğızıstan isə 91-ci yeri tutub.
(Trend)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0