DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avstraliya depressiyanın müalicəsi üçün ekstazini qanuniləşdirir

© AFP 2023 / VALERY HACHEEkstazi həbləri olan çanta polis tərəfindən ələ keçirilib, arxiv
Ekstazi həbləri olan çanta polis tərəfindən ələ keçirilib, arxiv - Sputnik Azərbaycan, 1920, 02.07.2023
Abunə olmaq
Qeyd olunan maddələr “ciddi nəzarət altında və yalnız tibbi məqsədlər üçün istifadə olunan dərmanlar” kateqoriyasına aid ediləcək.
BAKI, 2 iyul - Sputnik. Avstraliya dünyada travma sonrası stress pozğunluğu və depressiyanın müalicəsində psixoaktiv maddələrin istifadəsini qanuniləşdirən ilk ölkə oldu. Bu barədə bazar günü Avstraliyanın Terapevtik Mallar İdarəsinə (TGA) istinadən Sky News Australia telekanalı məlumat verib.
Qurumun bəyanatında qeyd edilir ki, "lisenziyalı psixiatrlar 1 iyul 2023-cü il tarixindən etibarən müəyyən psixi sağlamlıq vəziyyətləri üçün tərkibində metilendioksi-metamfetamin (MDMA) və ya psilosibin olan dərmanlar təyin edə bilərlər."

"MDMA travma sonrası stress pozğunluğunun müalicəsində, psilosibin isə müalicəyə davamlı depressiya üçün istifadə edilə bilər", - deyə idarədən bildirilib.

Qurum bundan əvvəl izahat verib ki, bu qərar bu pozğunluqlar üçün kifayət qədər effektiv müalicə vasitələrinin olmaması ilə əlaqədar verilib.
Eyni zamanda qeyd edilir ki, xəstələr psixoaktiv maddələr əsasında hazırlanmış dərmanlardan yalnız həkim nəzarəti altında istifadə edə bilərlər və dərman vasitələrinin özləri də “ciddi nəzarət altında və yalnız tibbi məqsədlər üçün istifadə olunan dərmanlar” kateqoriyasına aid ediləcək.
Əgər onlar qeyri-qanuni paylansa, “qanunsuz narkotik” hesab olunacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0