CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gübrəli qarpızı gübrəsizdən necə ayırmalı: Yol kənarında satılan qarpızı yemək düzgündür?

© Sputnik / Zulfiyya GuluyevaNovxanı yolunda qarpız satışı
Novxanı yolunda qarpız satışı - Sputnik Azərbaycan, 1920, 30.06.2023
Abunə olmaq
Eyyub Hüseynov bildirib ki, yol kənarı qarpız satan şəxslərin müəyyən sənədləri olsa da, satdıqları qarpızların müəyyən partiyaları yoxlamadan kənar qalır.
BAKI, 30 iyun — Sputnik. Dəniz mövsümü ilə əlaqədar çimərliklərə gedən yolların kənarında qarpız satışına başlanılıb. Sputnik Azərbaycan çox vaxt elə yük avtomobillərinin kuzasında satılan qarpızların tərkibinin yoxlanılıb-yoxlanılmadığını araşdırıb.
Yol kənarında satılan qarpızlar yoxlanılırmı?
Novxanı yolunun kənarında qarpız satan Sabirabadlı fermer Cəfər Ağakişiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər mövsüm Bakıya satmaq üçün qarpız gətirir. O, məhsulu öz bostanından yığır. Aidiyyatı qurumlar tərəfindən yoxlanıldıqdan sonra qarpızların satışına icazə verilir.
Fermer son illər əkilən qarpızların tərkibində nitritin miqdarının normadan artıq olmadığını, vaxtıilə Sabirabadda pambıq əkilən torpaqların təmizləndiyini söyləyib.
Qarpıza "selitra" niyə vurulur?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yol kənarında satılan qarpızların bütün partiyaları yoxlanılmır:
"Qarpızsatanların müəyyən sənədləri olur. Amma satdıqları qarpızların əksər partiyaları yoxlamadan kənarda qalır".
Həmsöhbətimiz bildirib ki, yoxlanılmadan satışa çıxardılan qarpızlar orqanizm üçün təhlükə yarada bilər. Çünki, qarpızın tez yetişməsi üçün torpağa "selitra" adlı gübrə səpilir. Belə qarpızlar yetişdikdə tərkibində nitritlərin miqdarı normadan artıq olur.
© Sputnik / Zulfiyya GuluyevaNovxanı yolunda qarpız satışı
Novxanı yolunda qarpız satışı - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Novxanı yolunda qarpız satışı
E.Hüseynovun sözlərinə görə, son illər gübrə bahalaşdığından, fermerlər "selitra"dan bol istifadə edə bilmirlər. Bu isə qarpızın tərkibində nitritin miqdarının azalmasına müsbət təsir göstərir.
AİB sədri gübrəli qarpızı gübrəsiz qarpızdan seçməyin bir neçə üsulunun olduğunu bildirib:
"Gübrəsiz qarpız 5-6 kilodan artıq olmur. Gübrəli qarpız isə çox şirin olur. Gübrəsiz qarpızlar al-qırmızı olur. Qarpızın gübrə ilə yetişdirildiyini onun içərisindəki ağ zoğlardan müəyyən etmək olar".
Birlik sədri deyib ki, 1 kq qarpızda nitratın miqdarı normada 60 mq/kiloqramdır. Yemişdə isə 90 mq/kq-ya qədərdirsə, bu, norma sayılır.
AQTA-ya gəlincə, görünür, bu qurumda mövsümün başlamasına baxmayaraq, bostan məhsullarının satışına, yoxlanılıb-yoxlanılmadığına dair hər hansı fikir yoxdur. Bu səbəbdən də qurum Agentliyin sorğusuna cavab verməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0