DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransada bir gecədə etiraz aksiyalarına görə 660-dan çox insan saxlanılıb

© AP Photo / Aurelien Morissard Ожесточенные протесты в пригороде Парижа Нантре (Франция)
 Ожесточенные протесты в пригороде Парижа Нантре (Франция) - Sputnik Azərbaycan, 1920, 30.06.2023
Abunə olmaq
Fransa DİN rəhbəri Darmanen: etirazlara görə bir gecədə 667 nəfər saxlanılıb.
BAKI, 30 iyun - Sputnik. İyunun 27-də Parisin Nanter şəhəri yaxınlığında 17 yaşlı yeniyetmənin polis tərəfindən güllələnərək öldürülməsindən sonra Fransada baş vermiş iğtişaşlar zamanı yanvarın 30-u, cümə günü gecə saatlarında 660-dan çox insan saxlanılıb.
Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanen özünün “Twitter” hesabında yazıb.
“Ötən gecə polisimiz, jandarmımız və yanğınsöndürənlərimiz cəsarətlə nadir zorakılıqla üzləşiblər. Qətiyyətli tədbirlərin görülməsi ilə bağlı mənim göstərişimlə 667 nəfər həbs edilib”, - deyə nazir qeyd edib.
Bildirilir ki, gecə baş verən iğtişaşlar nəticəsində 250-yə yaxın polis əməkdaşı xəsarət alıb.
Xatırladaq ki, bir gün əvvəl iğtişaşlar zamanı 150 nəfər saxlanılıb, 16 hüquq-mühafizə orqanını əməkdaşı yaralanıb. Etirazçılar 12 mağazaya hücum edib, 15 avtomobilə ziyan vurublar. Darmanen bu hadisəni “Respublikanın simvollarına qarşı dözülməz zorakılıq gecəsi” adlandırıb.
Xəbər lenti
0