DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden yenə hər kəsi qəribə hərəkəti ilə təəccübləndirib - VİDEO

© AP Photo / Andrew HarnikCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.06.2023
Abunə olmaq
“Townhall” portalının izləyiçiləri canlı yayım zamanı çəkiliş meydançasını tərk edən Baydenin hərəkətinə təəccübləniblər.
BAKI, 30 iyun - Sputnik. ABŞ Prezidenti Co Bayden televiziya kanallarından birinə müsahibə verərkən canlı yayımın hələ də davam etməsinə baxmayaraq, çəkiliş meydançasını tərk edib. Bu fakt “Townhall” portalının izləyiçilərini təəccübləndirib.
Bu barədə Rusiya mediası xəbər verib.
ABŞ liderinin iştirakı ilə verilişin bir hissəsi “YouTube” kanalında yayımlanıb. Söhbətin sonunda aparıcı müsahibəyə gəldiyi üçün Baydenə təşəkkür edib. Prezident də öz növbəsində stuldan qalxaraq həmsöhbətinin əlini sıxıb və verilişin hələ bitməsinə baxmayaraq çəkiliş meydançasını tərk edib.
Bəzi oxucular Baydenin təcili olaraq ayaq yoluna getmək məcburiyyətində olduğunu, digərləri isə ABŞ liderinin televiziya kanalında deyil, radioda çıxış etdiyini düşündüyünü irəli sürüblər. Başqa bir şərhçi isə “kiminsə pərdə arxasında dondurma yediyi üçün” baş verən hadisədə dövlət başçısının günahının olmadığını rişxəndlə qeyd edib.
ABŞ-ın yaşlı prezidenti daim utanc verici vəziyyətlərdə olur. Bir müddət əvvəl Bayden Hindistan himni səsləndirilərkən əlini ürəyinin üstünə qoyub və 15 saniyə bu vəziyyətdə dayanıb. Bu yaxınlarda isə ABŞ lideri Konnektikutda keçirilən silah təhlükəsizliyi sammitində çıxışını “Allah kraliçanı qorusun” ifadəsi ilə bitirib.
May ayında Baydenin çətirin necə açılacağını anlaması ən azı bir dəqiqə çəkib və nəticədə o, yağışda islanıb. Bundan əvvəl isə ABŞ prezidenti gözlənilmədən uşaq velosipedini sürmək qərarına gəlib, ancaq onu sındırdığı üçün bunu edə bilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0