DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"WSJ": ABŞ üzərində vurulan Çin şarı ABŞ avadanlıqlarından istifadə edib

© AFP 2023 / OZAN KOSEF-16 aerostatı vurur
F-16 aerostatı vurur - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
Təhlil göstərib ki, qurğu təkcə Çin sensorları ilə deyil, həm də Amerika qurğuları ilə təchiz edilib.
BAKI, 29 iyun - Sputnik. Fevralın əvvəlində ABŞ ərazisi üzərində uçan Çin hava şarı məlumat toplamaq üçün ABŞ avadanlıqlarından istifadə edib. Bu qənaətə ABŞ Federal Təhqiqat Bürosunun ekspertləri gəlib. “The Wall Street Journal”ın (WSJ) araşdırmasının nəticələrini Ağ Evin adı açıqlanmayan nümayəndələri bildirib.
ABŞ-ın bir sıra müdafiə və kəşfiyyat qurumları Federal Təhqiqat Bürosu ilə birlikdə fevralın əvvəlində yerə enmiş hava şarının qalıqlarını təhlil ediblər. Təhlil göstərdi ki, qurğu təkcə Çin sensorları ilə deyil, həm də Amerika qurğuları ilə təchiz edilib. Onların bəzilərini internetdən almaq olar.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, hava şarı fotoşəkillər və videolar çəkib, həmçinin Çinə ötürülmək üçün digər məlumatlar toplayıb. Mütəxəssislər belə qənaətə gəliblər ki, qurğu Pekinin əvvəllər bəyan etdiyi kimi havanı müşahidə etmək üçün deyil, kəşfiyyat məqsədləri üçün nəzərdə tutulub.
Bununla belə, ekspertlərin fikrincə, Çin hava şarı ABŞ ərazisi üzərində uçuşu zamanı ÇXR-ə heç bir məlumat ötürməyib. Amerikalı müstəntiqlər hesab edirlər ki, kəşfiyyat məlumatlarının toplanması ehtimalına baxmayaraq, şarın ABŞ ərazisi üzərində uçuşu qəsdən olub.
Fevralın əvvəlində Çin hava şarı ABŞ hava məkanına uçdu. Pekin onun külək tərəfindən uçurulan meteoroloji zond olduğunu iddia etsə də, Vaşinqton hava şarını kəşfiyyat şarı hesab edirdi. Cihaz fevralın 4-də prezident Co Baydenin göstərişi ilə məhv edilib. Pekin bununla bağlı Vaşinqtona etiraz edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0