DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsveç Türkiyəni onun NATO-ya üzvlüyünü rədd etməyə sövq edir - Mənbə

© AFP 2023 / ARMEND NIMANINATO hərbçisi, arxiv
NATO hərbçisi, arxiv  - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
Bu cür şəraitdə NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl, hətta ondan sonra da yaxın gələcəkdə Türkiyə tərəfinin İsveçin müraciətini təsdiqləyəcəyinə ümid etmək çətindir.
BAKI, 29 iyun - Sputnik. Anti-İslam aksiyalarının keçirilməsinə faktiki olaraq icazə verən İsveç hakimiyyəti Türkiyəni NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi məsələsində daha sərt mövqe tutmağa təşviq edirlər. Alyansın Vilnüsdə keçirilən sammitində Stokholmun mərkəzində müsəlmanlar üçün müqəddəs olan Quranın yandırıldığı şəraitdə İsveçin üzvlüyünün təsdiqənməsini gözləmək qeyri-realdır. Bunu TASS-a Türkiyədəki diplomatik mənbə bildirib.

"Ankaranın İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi məsələsinin özü sual altındadır. Alyansın rəhbərliyi bunda mümkün irəliləyişi Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin iyulun 6-da Brüsseldə keçiriləcək görüşü ilə əlaqələndirir, lakin Ankara üçün qalmaqallı və təhqiramiz aksiyadan sonra bu sual altına ola bilər. Bu cür şəraitdə NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl, hətta ondan sonra da yaxın gələcəkdə Türkiyə tərəfinin İsveçin müraciətini təsdiqləyəcəyinə ümid etmək çətindir”, - agentliyin həmsöhbəti bildirib.

Türkiyə hakimiyyəti Stokholmun mərkəzində Qurban bayramında Quranın yandırılmasını kəskin şəkildə pisləyib. Aksiya polisin icazəsi ilə baş tutub, məlumatda müsəlmanların müqəddəs kitabının “yandırılmasına açıq icazə” olmadığı, ancaq bunun “Quranla bağlı nümayiş” olduğu bildirilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, belə çirkin əməllərə göz yummaq cinayətə ortaq olmaq deməkdir. Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç da öz növbəsində bildirib ki, dini müqəddəsləri təhqir etmək fikir və söz azadlığının tərkib hissəsi sayıla bilməz. O, NATO-ya üzv olmaq və Türkiyənin müttəfiqi olmaq istəyən İsveçi qanunsuzluğa və təxribatlara son qoymağa” çağırıb.
Türkiyə Xarici Siyasət İnstitutunun direktoru Hüseyn Bağcı TASS-a bir müddət əvvəl bildirmişdi ki, Ankara İsveçin NATO-ya üzvlüyü məsələsində prinsipial mövqedən çıxış edəcək və çox güman ki, Vilnüsdə keçiriləcək sammitə qədər krallığın alyansa qoşulmaq ərizəsini təsdiqləməyəcək.
Ötən il iyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveçin o vaxtkı baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb.
Bir növ yol xəritəsi olan və Stokholm və Helsinkiyə NATO-ya daxil olmağa imkan verən memorandum imzalanıb. Martın 31-də Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib, ölkə aprelin 4-də alyansa üzv olub. Eyni zamanda Türkiyə Stokholmdan terrorizmlə mübarizə üzrə Madrid Memorandumunun bütün müddəalarını yerinə yetirməsini tələb edərək, İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiq etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0