CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah ölkə ərazisində hava yağmurlu olacaq - Proqnoz

© Azerbaijan Highway State AgencyYağışlı hava, arxiv şəkli
Yağışlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
Ölkənin şimal və qərb rayonlarında yağışın leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
BAKI, 29 iyun - Sputnik. İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın şimal və qərb rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0