SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Makronun açıqlaması onun erməni lobbisinin əlində bir alət olduğunu nümayiş etdirir - XİN

© Sputnik / Murad OrujovXİN Xarici İşlər Nazirliyi
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Fransa Prezidenti E.Makronun erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edib.
BAKI, 29 iyun - Sputnik. Fransa Prezidenti Emanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirləri qəbuledilməzdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin XİN-in Fransa Prezidentininerməni icması ilə görüşdə səsləndirdiyi fikirlərə dair şərhində deyilir.
Bildirilir ki, həm 44 günlük Vətən müharibəsində, həm də post-münaqişə dövründə dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makron müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilməyib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təzyiq göstərildiyi barədə iddiaları Fransa Prezidenti Makronun təxəyyülünün məhsuludur. Azərbaycan Respublikasının Prezidentinə təzyiq göstərmək cəhdləri heç zaman nəticə verməyib. Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan Respublikasının milli maraqlarını beynəlxalq hüququn norma və prinsipləri əsasında daim uğurla müdafiə edib".

© AFP 2023 / LUDOVIC MARINFransa Prezidenti Emanuel Makron, arxiv
Президент Франции Эммануэль Макрон - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Fransa Prezidenti Emanuel Makron, arxiv
Qeyd olunur ki, Makronun açıqlaması onun Fransanın erməni lobbisinin əlində bir alət olduğunu bir daha nümayiş etdirir.

"Qeyd edək ki, onun izahat verməyə çalışdığı erməni icmasının nümayəndəsi məhz o radikal şəxslərdəndir ki, ona qarşı Ermənistan tərəfindən ölkəyə giriş qadağası qoyulub. Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Prezident Makronun bu kimi qərəzli bəyanatları bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir", - deyə XİN-in yaydığı sənəddə vurğulanır.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0