Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Cari ilin II rübündə Rusiya iqtisadiyyatı davamlı artıb

© AFP 2023 / ALEXANDER NEMENOVMoskvaya mənzərə
Moskvaya mənzərə - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov bildirib ki, 2023-cü ildə Rusiya ÜDM-nin artım tempi nazirliyin rəsmi proqnozundan 1,2% yüksək ola bilər.
BAKI, 29 iyun — Sputnik. İkinci rübdə Rusiya iqtisadiyyatı Mərkəzi Bankın bütün il üçün 0,5-2% proqnozlaşdırdığı yuxarı həddinə yaxın sürətlə böyüməyə davam edir.
Rusiya Federasiyası Mərkəzi Bankının pul siyasəti departamentinin direktoru Kiril Tremasov bu barədə mətbuat nümayəndələrinə məlumat verib.
Tremasov izah edib ki, 2023-cü ilin ikinci rübünün statistikası hələ də tam olaraq yalnız aprel ayı üçün mövcud olsa da, Mərkəzi Bank öz təxminlərini müəssisələrin sorğularının nəticələrinə və biznes mühitinin digər göstəricilərinə əsaslanır.

“İkinci rübdə yüksək işgüzar aktivliyin qaldığını, iqtisadiyyatın böyüməsini davam etdirdiyini görmək olar. Çox güman ki, ikinci rüb yüksək artım templəri ilə xarakterizə olunacaq”, - deyə o, qeyd edib.

Qeyd edək ki, 2023-cü ilin birinci rübündə Rusiyanın ÜDM-i illik müqayisədə 1,8% azalıb, Rusiya Federasiyası Mərkəzi Bankı isə ikinci rüb üçün 4,2% artım proqnozlaşdırır.
Bundan əvvəl İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov bildirib ki, 2023-cü ildə Rusiya ÜDM-nin artım tempi nazirliyin rəsmi proqnozundan 1,2% yüksək ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0