Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan və Pakistan liderləri bir-birini təbrik ediblər

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, arxiv
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, arxiv  - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
Dövlət başçıları Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsini məmnunluqla qeyd ediblər.
BAKI, 29 iyun - Sputnik. İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon söhbəti olub. Bu barədə Azərtac xəbər yayıb.
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birinə və xalqlarımıza müqəddəs Qurban bayramı münasibətilə təbriklərini və ən xoş arzularını çatdırıblar.
Məhəmməd Şahbaz Şərif bu yaxınlarda Azərbaycana rəsmi səfəri zamanı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi məmnunluqla qeyd olunub, münasibətlərimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0