Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda bayram namazları qılınıb

© Sputnik / Murad OrujovBayram namazı
Bayram namazı - Sputnik Azərbaycan, 1920, 28.06.2023
Abunə olmaq
Qurban bayramı münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınır, qurbanlar kəsilir.
BAKI, 28 iyun - Sputnik. Azərbaycanın məscidlərində bayram namazları qılınır.
Bayramı namazı Bakıdakı “Əjdərbəy” məscidində saat 08:00-da başlanıb.
Bayram münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınır, “Təzəpir” məscidində isə bayram namazı saat 09:00-da qılınıb.
Azərbaycanda iyunun 28-i və 29-u Qurban bayramı qeyd olunur. Bu günlərdə bayram namazından sonra qurbanlar kəsilərək ehtiyacı olanlara paylanılır.
Bu arada Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, Qurban bayramı zamanı heyvan kəsimi əvəzinə, pul paylamaq və yaxud da ərzaq alıb kimlərəsə vermək olmaz.
"Bizdə dövlət səviyyəsində bayram iki günlük olsa da, İslam dinində Qurban bayramı üç gündür. Heyvan kəsimi də üç gün ərzində həyata keçirilə bilər", - deyə o, bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0