Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb

© AR Ministry of DefenceMüdafiə Nazirliyi
Müdafiə Nazirliyi - Sputnik Azərbaycan, 1920, 28.06.2023
Abunə olmaq
Hərbi prokurorun böyük köməkçisi bildirib ki, hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
BAKI, 28 iyun - Sputnik. Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb.
Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkirov Əli Şükür oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub:
"Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Qeyd edək ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib. Nəticədə 4 terrorçu məhv edilib.
Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yayıb.
Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.
Erməni əsgərlərinin dəbilqələri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.06.2023
HƏRBİ
Ordumuz erməni silahlı dəstələrinin mövqelərinə zərbələr endirib, 4 terrorçu öldürülüb
Xəbər lenti
0