Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusofobiyaya görə məsuliyyət yaradan hüquqi normalar hazırlanır

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidMoskvada insanlar, arxiv şəkli
Moskvada insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.06.2023
Abunə olmaq
İrina Yarovaya Rusofobiya nümunələri arasında işə qəbuldan və tibbi xidmətdən imtinanı, teatr tamaşalarının və konsertlərin ləğvini, həmçinin rus dilindən istifadəyə qoyulan məhdudiyyətləri göstərib.
BAKI, 26 iyun — Sputnik. Siyasətçilər və ekspert icması rusofobiyaya görə məsuliyyətin yaradılması üçün “hüquqi normalar” üzərində işləyirlər. Bu barədə Rusiya Dövlət Dumasının sədr müavini İrina Yarovaya bildirib ki, Onun sözlərinə görə, rusofobiya “əsasən məmurlar tərəfindən istehsal olunur” və məsuliyyəti onlar daşımalıdır.
Rusofobiya nümunələri arasında o, işə qəbuldan və tibbi xidmətdən imtinanı, teatr tamaşalarının və konsertlərin ləğvini, həmçinin rus dilindən istifadəyə qoyulan məhdudiyyətləri göstərib.
© Photo : Пресс-служба Госдумы РФ / Mediabanka keçidİrina Yarova, arxiv şəkli
İrina Yarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.06.2023
İrina Yarova, arxiv şəkli

“Rusofobiya ilə bağlı biz indi müvafiq şöbələrlə hüquqi normaların, hüquqi qərarların işlənib hazırlanmasına başlamışıq. Ümid edirik ki, yaxın gələcəkdə biz ilk nəticələri ttəqdim edəcəyik”, - deyə Yarovaya “İzvestiya”ya bildirib.

Vitse-spiker rusofobiyadan müdafiənin təkcə Rusiya vətəndaşlarına deyil, həm də həmvətənlərinə şamil ediləcəyini vurğulayıb.
O, həmçinin xaricdə "rusofobiyanın təzahürlərinə uyğun olaraq" pulsuz hüquqi yardım və məhkəmə iddialarının verilməsində köməklik göstəriləcək xüsusi ofislərin yaradılmasını təklif edir. Müvafiq sorğular Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə göndəriləcək.
Mayda ədliyyə nazirinin müavini Andrey Loqinov qanunvericilikdə “rusofobiya” anlayışının rəsmiləşdirilməsini təklif edib. O, həmçinin “Rusiyaya, onun xalqına və dilinə düşmən olan məlumatların qarşısının alınması və yayılması mexanizmlərinin formalaşdırılmasını, rusofob fəaliyyətlərə görə məsuliyyətin yaradılmasını” zəruri hesab edir. İrina Yarovaya Rusiyada rusofobiyaya görə cinayət cəzasının tətbiqinə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0