Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada antiterror əməliyyatı rejimi ləğv edildi

© AFP 2023 / KIRILL KUDRYAVTSEVMoskva, arxiv şəkli
Moskva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.06.2023
Abunə olmaq
Rusiyanın Moskva və Moskva vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti də antiterror əməliyyatı rejiminin ləğv edildiyini bildirib.
BAKI, 25 iyun — Sputnik. Moskvada bütün məhdudiyyətlər götürülüb və antiterror əməliyyatı rejimi ləğv edilib. Bunu Moskva meri Sergey Sobyanin öz Teleqram kanalında açıqlayıb.

“Biz antiterror əməliyyatı rejiminin tətbiqi ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırırıq”, - o yazıb.

Paytaxt meri onu da vurğulayıb ki, iyulun 1-də məktəblilər üçün buraxılış mərasimi keçiriləcək.
Rusiyanın Moskva və Moskva vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti də antiterror əməliyyatı rejiminin ləğv edildiyini bildirib.
İyunun 24-də qiyam fonunda Moskvada, Moskva vilayətində və Voronej vilayətində xüsusi rejim tətbiq edilib.
İyunun 23-də axşam "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiya Müdafiə Nazirliyinin qüvvələri guya onun hərbi birliklərinin arxa düşərgələrinə hücum edib və onun döyüşçüləri “ədalət yürüşü” ilə Rusiyaya doğru irəliləyirlər. Rusiya Müdafiə Nazirliyi onun ittihamlarını rədd edib, Baş Prokurorluq Priqojinə qarşı silahlı üsyan təşkil etmək ittihamı ilə cinayət işi açıb.
Prezident Vladimir Putin xalqa müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcəklər.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı əsasında "Vaqner"in rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.
Priqojin Belarus prezidentinin öz döyüşçülərinin Rusiya boyu irəliləməsini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0