Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əllidən çox idman naziri Bakıda bir yerə toplaşıb

© Photo : APABakıda idman nazirlərinin konfransı
Bakıda idman nazirlərinin konfransı - Sputnik Azərbaycan, 1920, 26.06.2023
Abunə olmaq
Tədbirdə 124 ölkədən 540-dan çox nümayəndə iştirak edir.
BAKI, 26 iyun - Sputnik. Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) konfransı keçirilir.
APA-nın xəbərinə görə, 2022-ci ilin oktyabrın 28-də Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında ev sahibliyi haqqında Saziş imzalanıb və Azərbaycan MİNEPS VII konfransına ev sahibliyi etmək hüququ əldə edib.
Beynəlxalq Konfrans və əlaqədar tədbirlərdə təxmini 50-dən çox nazir və yüksək vəzifəli rəsmilər, 124 ölkə və beynəlxalq təşkilatlardan 540-dan çox nümayəndə iştirak edir.
© Photo : APABakıda idman nazirlərinin konfransı
Bakıda idman nazirlərinin konfransı - Sputnik Azərbaycan, 1920, 26.06.2023
Bakıda idman nazirlərinin konfransı
Qeyd edək ki, konfrans iyunun 29-dək keçiriləcək. Konfransın yekununda UNESCO-nun idman təşəbbüsü olan “Fit for Life” layihəsindən irəli gələn “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək.
© Photo : APABakıda idman nazirlərinin konfransı
Bakıda idman nazirlərinin konfransı - Sputnik Azərbaycan, 1920, 26.06.2023
Bakıda idman nazirlərinin konfransı
“Fit for Life” layihəsinin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yüksəldilməsi, COVİD 19 pandemiyasının yaratdığı neqativ təsirlərin aradan qaldırılması, fiziki fəaliyyətsizliyin azaldılması üzrə siyasətlərin hazırlanmasından ibarətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0