Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO Rusiya MN ilə Priqojinin qiyamını müzakirə edib?

© Sputnik "Vaqner" Özəl Hərbi Şirkətinin( ÖHŞ) təsisçisi Yevgeni Priqojin
 Vaqner Özəl Hərbi Şirkətinin( ÖHŞ) təsisçisi Yevgeni Priqojin - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Abunə olmaq
İtaliya KİV-nin yazdığına görə, Rusiyada baş verənlərdən sonra NATO-nun diqqəti ölkədə dərhal istifadəyə hazır 1400-dən çox nüvə başlığına yönəlib.
BAKI, 25 iyun - Sputnik. Yevgeni Priqojinin hərbi qiyama cəhdindən sonra NATO Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb.
Bu barədə İtaliyanın "La Repubblica" nəşri məlumat yayıb. Bildirilir ki, Rusiyada baş verənlərdən sonra NATO-nun diqqəti ölkədə dərhal istifadəyə hazır 1400-dən çox nüvə başlığına yönəlib.
Nəşrin qeydinə görə, Qərb həm də dərhal "üsyançıların cəsarət etdiyi hərəkətlərdə Qərbin heç bir rolu olmadığını" açıqlamaq istəyib.
Nəşr bildirir ki, Rusiyada Kremllə "Vaqner"in muzdluları arasında baş verən toqquşma xəbəri Qərb liderlərinə və NATO-nun masalarına gəlməyə başlayan kimi ilk səsləndirilən fikir belə olub:
“Biz eskalasiya riskindən qaçmalıyıq. Nüvə qəzasının qarşısını alınmalıdır”.
“Hər şeyin mümkün olduğu bir yerdə - Moskvadakı xaosun tamamilə idarəolunmaz vəziyyətə gətirməsinə imkan verilməməlidir. ABŞ Prezidenti Bayden ilə Avropanın əsas dövlət və hökumət başçıları arasındakı təmaslarda bu məqam vurğulanıb”, - İtaliya nəşri bildirib.
"La Repubblica"nın yazdığına görə, Atlantik Alyansının Qərargahının tamamilə qeyri-rəsmi əlaqələri arasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu da olub.
İyunun 24-nə keçən gecə Rostov-na-Donuda "Vaqner" Özəl Hərbi Şirkəti Cənub Hərbi Dairəsinin qərargahını ələ keçirib. Hadisə Yevgeni Priqojinin Rusiya Silahlı Qüvvələrinin Özəl Hərbi Şirkətin düşərgələrinə raket və bomba hücumları törətdiyi iddiası ilə bağlı açıqlamaları fonunda baş verib - bu həm Rusiya Müdafiə Nazirliyi, həm də FTB tərəfindən təkzib edilib.
Rusiya Prezidenti Vladimir Putin "Vaqnerçilər"in hərəkətlərini cinayət avantürası adlandırıb, Priqojinə silahlı üsyan təşkil etdiyinə görə cinayət işi açılıb.
Daha sonra Belarus prezidentinin mətbuat xidməti bildirib ki, Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb və o, Rusiyada Vaqner hərəkatını dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov şənbə günü axşam Özəl Hərbi Şirkətin rəhbərinin "Belarusa gedəcəyini" və cinayət işinə xitam veriləcəyini söyləyib. Kreml bildirib ki, Priqojinin Belarusa gedə biləcəyinə zəmanət Rusiya prezidentinin sözüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0