Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin "Vaqner"i ram etdiyinə görə Lukaşenkoya təşəkkür edib

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko (sağda) görüşüb
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko (sağda) görüşüb - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Abunə olmaq
Belarus prezidenti Rusiya prezidentinə “Vaqner”in rəhbərliyi ilə danışıqların nəticələri barədə ətraflı məlumat verib.
BAKI, 24 iyun - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Belarus prezidenti rusiyalı həmkarını Vaqner özəl hərbi şirkətinin rəhbərliyi ilə danışıqların nəticələri barədə məlumatlandırıb.
Rusiya Prezidenti Vladimir Putin görülən işlərə görə Belarus lideri Aleksandr Lukaşenkoya təşəkkür edib.
“Belarus prezidenti Rusiya prezidentinə “Vaqner”in rəhbərliyi ilə danışıqların nəticələri barədə ətraflı məlumat verib. Rusiya prezidenti belaruslu həmkarını dəstəkləyib və görülən işlərə görə təşəkkür edib”, - Belarus prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı əsasında "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.
Priqojin Belarus prezidentinin öz döyüşçülərinin Rusiya boyu irəliləməsini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib. Müzakirə masasına "Vaqner" döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə vəziyyətin həlli üçün sərfəli və məqbul variantlar çıxarılıb.
"Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya ərazisində Vaqner özəl hərbi şirkətinin silahlı şəxslərinin hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib", - Belarus liderinin mətbuat xidməti şənbə günü bildirib.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.
Prezident Vladimir Putin ruslara müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcək. O, həmçinin qeyd edib ki, mülki və hərbi hakimiyyət orqanlarının işinin faktiki olaraq bloklandığı Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün qəti addımlar atılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0