Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ryabkov Ukrayanın ZAES-də təxribat törədəcəyi ilə bağlı xəbərdarlıq etdi

© MAXIM SHEMETOV / POOL / AFPRusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, zrxiv şəkli
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, zrxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
RF xarici işlər nazirinin müavini bildirib ki, BAEA-nı və onun rəhbərliyini bu təşkilatın mütəxəssislərinin ZAES-də olmasından istifadə edərək, bütün hücum halları qeydə almağa çağırırlar.
BAKI, 23 iyun — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın guya Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) terror aktı hazırlaması ilə bağlı sözləri Rusiya Federasiyasını ləkələmək və öz cinayətkar terror əməllərini ört-basdır etmək üçün növbəti cəhddir. Bu barədə cümə günü TASS-a Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

"Bu Rusiyanı ləkələmək, mövcud olmayan niyyətləri bizə aid etmək, eyni zamanda onların cinayətkar, əslində isə ətraf mühitə ciddi təhlükə yaradan terror hərəkətlərini ört-basdır etmək cəhdidir", - nazir müavini vurğulayıb.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini bildirib ki, Moskva Kiyevin Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) potensial ciddi insidentlərinə qarşı xəbərdarlıq edir və Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) Ukraynanın bütün hücum hallarını qeydə almağa çağırır.
"Biz Kiyevə bu cür hərəkətlərə görə xəbərdarlıq edirik. BAEA-nı və onun rəhbərliyini bu təşkilatın mütəxəssislərinin ZAES-də olmasından istifadə edərək, bütün hücum halları qeydə almağa çağırırıq. Ukraynaya göz yummayın və baş verənlərdə kimin günahkar olduğunu və bu obyekt üçün təhlükənin həqiqətən haradan gəldiyini açıq şəkildə bildirin", - Rusiya xarici işlər nazirinin müavini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0