Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

MKİ direktoru ilə görüş imkanı qalır - Narışkin

© Sputnik / Алексей ДаничевRusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, son vaxtlar MKİ-nin direktoru ilə heç bir əlaqə yoxdur.
BAKI, 23 iyun — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnslə hələ də görüşmək imkanı var və əlaqələri davam etdirməyə ehtiyac var. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin TASS-a bildirib.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, son vaxtlar MKİ-nin direktoru ilə heç bir əlaqə yoxdur:

"Lakin eyni zamanda, bizim görüşlərimiz üçün imkan qalır. Bizim kifayət qədər yaxşı şəxsi münasibətlərimiz var və mənə elə gəlir ki, belə təmasların saxlanmasına ehtiyac var".

Xatırladaq ki, kəşfiyyat idarələrinin rəhbərlərinin görüşü 2022-ci il noyabrın 14-də Ankarada Türkiyə Milli Kəşfiyyat Təşkilatının qərargahında baş tutub. Narışkin qeyd edib ki, görüş çox münbit şəraitdə keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0