Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalıların əksəriyyəti Böyük Vətən Müharibəsinin başlamasının dəqiq tarixini bilir

© Sputnik / Эммануил Евзерихинİkinci Dünya Müharibəsində döyüş
İkinci Dünya Müharibəsində döyüş - Sputnik Azərbaycan, 1920, 22.06.2023
Abunə olmaq
Ümumrusiya telefon sorğusu 2023-cü il iyunun 11-də 18 və yuxarı yaşda olan 1600 rusiyalı arasında keçirilib.
BAKI, 22 iyun — Sputnik. Rusiyalıların əksəriyyəti (75%) Böyük Vətən Müharibəsinin başlamasının dəqiq tarixini bilir.
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (UİRÖM) keçirdiyi sorğunun nəqicələri bu qənaətə gəlməyə əsas verib.
Rusiyalıların əksəriyyəti (75%) Böyük Vətən Müharibəsinin başlamasının dəqiq tarixini bilir - 22 iyun 1941-ci il. Bu, 2007-ci ildəkindən 10 faiz bəndi (65%) və bir il bundan əvvəlkindən (73%) iki faiz bəndi çoxdur.
45-59 yaş arasında olanlar (86%) və 60 yaşdan yuxarı olanlar (85%) daha tez-tez düzgün cavab veriblər. Ən az düzgün cavabı bilənlər 25-34 yaş arasında olanlardır (57%).
Rusiyalıların 17%-i başqa tarix söyləyiblər, digər 8%-i isə cavab verməkdə çətinlik çəkib.
"ÜİRÖM-Sputnik" ümumrusiya telefon sorğusu 2023-cü il iyunun 11-də 18 və yuxarı yaşda olan 1600 rusiyalı arasında keçirilib. Məlumatlar sosial-demoqrafik parametrlərlə ölçülür. 95% ehtimalı ilə marjinal səhv 2,5% -dən çox deyil.
Moskvada Qızıl Meydanda Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş hərbi paradda T-34 tankı - Sputnik Azərbaycan, 1920, 09.05.2023
FOTO
Rusiyada Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü tədbirləri - fotolarda
Xəbər lenti
0