CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qiyas İbrahimli yenidən həbs edilib

© AFP 2023 / PHILIPPE HUGUENМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.06.2023
Abunə olmaq
Məhkəmənin qərarı ilə onun barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunub.
BAKI, 22 iyun - Sputnik. Vətəndaş Qiyas İbrahimli inzibati məsuliyyətə cəlb olunaraq həbs edilib.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələrinin tərkib əlamətlərinə görə polis tərəfindən toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə onun barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Qiyas İbrahimov kimdir?

NİDA hərəkatının üzvü Qiyas İbrahimov 2016-cı il mayın 10-u gecə saatlarında mərhum prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıb. İctimai fəal narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunub. Ona 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
Qiyas İbrahimov 2019-cu il martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0