Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıdakı çimərliklərə hansı avtobuslarla getməli?

© Photo : Baku Transport AgencyAvtobus, arxiv şəkli
Avtobus, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.06.2023
Abunə olmaq
BNA bildirib ki, bir sıra marşrut xətləri Bakının bəzi çimərlik ərazilərinədək hərəkət edəcək.
BAKI, 22 iyun — Sputnik. İyunun 15-dən Bakı Nəqliyyat Agentliyi 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemlərini çimərlik ərazilərinə qədər uzadıb.
Bu barədə Agentlikdən bildirilib.
Məlumata görə, 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Türkan" çimərliyinə qədər, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Buzovna" çimərliyinə qədər, 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Sea Breeze" istirahət mərkəzinə qədər, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti "Pirşağı" çimərliyinə qədər, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti isə "Zirə" çimərliyinə qədər təşkil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0