Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Magistratura üzrə "SABAH" qruplarında təhsil almaq istəyən bakalavrların nəzərinə

© Sputnik / Rahim Muradovİmtahan
İmtahan - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Ali təhsil müəssisəsində keçiriləcək müsahibədə iştirak etmək üçün qeydiyyat Dövlət İmtahan Mərkəzinin internet səhifəsində aparılacaq.
BAKI, 21 iyun — Sputnik. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi iyunun 6-dan 13-dək aparılacaq. İxtisaslaşma seçiminə müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrində müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan "SABAH" qruplarına savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə iyulun 3–10-da müvafiq ali təhsil müəssisəsində yaradılacaq komissiyada müsahibədən keçmələri tələb olunur.
Müsahibədə uğur qazanmış bakalavrlara "SABAH" qruplarına aid müvafiq ixtisaslaşmanı seçmək imkanı yaradılacaq.
Ali təhsil müəssisəsində keçiriləcək müsahibədə iştirak etmək üçün qeydiyyat Dövlət İmtahan Mərkəzinin internet səhifəsində aparılacaq.
Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0