CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hələ də məşğul əhali arasında əmək müqaviləsi ilə çalışanların sayı azdır - Nazir

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Sahil Babayev bildirib ki, qeyri-formal əməyin aradan qaldırılması və əməkhaqlarının leqallaşdırılması istiqamətində işlər aparılacaq.
BAKI, 21 iyun — Sputnik. "Son illərdə əmək müqavilələlərinin sayı 30 faiz artırılsa da, hələ də məşğul əhali arasında əmək müqaviləsi ilə çalışanların sayı azdır".
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.
O bildirib ki, qarşıdakı illərdə bu məsələyə xüsusi diqqət yetiriləcək: "Qeyri-formal əməyin aradan qaldırılması və əməkhaqlarının leqallaşdırılması istiqamətində işlər aparılacaq".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Gülüstan” sarayında "İnsan Resursları Zirvəsi 2023" tədbiri keçirilir.
Tədbirin məqsədi insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaq, bu istiqamətdə peşəkarlarla müzakirələr aparmaqdır.
Xatırladaq ki, əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır. Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Məsələn, tapşırıq müqaviləsi, podrat müqaviləsi və s.
Əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələr bağlamaqla şəxslər Əmək Məcəlləsi ilə təsbit edilmiş bir sıra hüquq və imtiyazları itirmiş olurlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0