CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"AzerGold" Gədəbəydəki hadisəyə münasibət bildirib - video

© AzergoldAzerGold
AzerGold - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
Səhmdar cəmiyyətinin sözçüsü bildirib ki, Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsini ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti həyata keçirir.
BAKI, 21 iyun — Sputnik. "Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş məlum hadisəni əks etdirən görüntülərlə bağlı "AzerGold" QSC-nin heç bir bağlılığı yoxdur".
Bunu səhmdar cəmiyyətinin sözçüsü Ariz Tarverdiyev bildirib.
"Şirkətimizə ünvanlanan çoxsaylı sorğuları nəzərə alaraq, ictimaiyyətdə yanlış fikrin formalaşmasının qarşısını almaq üçün bir daha bəyan edirik ki, Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsini ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti həyata keçirir", - deyə o qeyd edib. ("Unikal.az").
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenatı Elşad Hacıyev bildirib ki, Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxsin kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsi ilə bağlı 2 aydır ki, həmin şəxslərlə rayon İcra Hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb.
E.Hacıyevin sözlərinə görə, bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslərin müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar: "Təəssüf ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir. Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək".
Elşad Hacıyev qeyd edib ki, Bakı şəhərində qanunsuz aksiya cəhdlərində iştirak edən qadınların polis əməkdaşlarının ünvanına səsləndirdiyi nalayiq ifadələr, hüquqazidd hərəkətləri ilə bağlı çoxsaylı faktlar var və bunlar jurnalistlər tərəfindən çəkilib, yayılıb:
"Orada da aşkar görünür ki, polis əməkdaşları həmin qadınlara qarşı yüksək təmkin və intizam nümayiş etdiriblər. Dəfələrlə olub ki, polis əməkdaşları Azərbaycan qadınına yaraşmayan hüquqazidd hərəkətlərə məruz qalsa da, həmin qadınlara qarşı hər hansı xüsusi vasitə tətbiq edilməyib, yaxud cəza verilməsi ilə bağlı məsələ qaldırılmayıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev - Sputnik Azərbaycan, 1920, 21.06.2023
CƏMİYYƏT
DİN: Polis emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik
Xəbər lenti
0