Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycanın Böyük Vətən və İkinci Dünya müharibələrində qələbəyə verdiyi töhfə haqqında

Veteranlar - Sputnik Azərbaycan, 1920, 21.06.2023
Abunə olmaq
İyunun 22-də saat 11:00-da "Sputnik" multimedia mətbuat mərkəzinin təşkil etdiyi onlayn mətbuat konfransında Azərbaycanın Böyük Vətən və İkinci Dünya Müharibəsindəki rolu barədə danışılacaq.
İyunun 22-si Böyük Vətən Müharibəsinin başlanmasının ildönümü kimi qeyd olunur. Bu il nasist Almaniyasının Sovet İttifaqına hücumunun 80-ci ildönümüdür. Şübhəsiz ki, bu, müharibəni bir daha xatırlamaq, faşist işğalçılarının darmadağın edilməsində Azərbaycanın töhfələrindən danışmaq üçün bir fürsətdir.
Azərbaycan SSRİ-nin tərkibində ümumi düşmənin darmadağın edilməsinə əvəzsiz töhfə verib. Alman komandanlığı Bakının neft yataqlarına xüsusi diqqət yetirirdi və Qafqaz uğrunda döyüş zamanı Bakını və Bakı neft-qaz bölgəsini nəzarətə götürmək vəzifəsini qarşısına qoymuşdu. Mütəxəssislərin hesablamalarına görə, 1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Azərbaycandan 600 minə yaxın sakin Qırmızı Ordu sıralarına çağırılıb, onlardan 40 mini könüllülər olmaqla, ən azı yarısı həlak olub. Respublikada 77, 223, 271, 402 və 416-cı milli Azərbaycan diviziyaları yaradıldı. Müharibə illərində Azərbaycan neftçiləri ölkə yanacağının 90%-ə qədərini istehsal ediblər. Müharibənin birinci ilində 23,5 milyon ton neft göndərilib. Ümumilikdə isə hərbi ehtiyaclar üçün 75 milyon ton neft göndərilib.
İyunun 22-də saat 11:00-da "Sputnik" multimedia mətbuat mərkəzinin təşkil etdiyi onlayn mətbuat konfransında Azərbaycanın Böyük Vətən və İkinci Dünya Müharibəsindəki rolu barədə müharibə dövrünün tanınmış tədqiqatçısı, Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru İlham Abbasov ətraflı məlumat verəcək.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan"ın multimedia mətbuat mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.
Xəbər lenti
0