CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah hava necə olacaq - Proqnoz

© AFP 2023 / GIUSEPPE CACACEBakı, arxiv şəkli
Bakı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Abunə olmaq
Dəniz suyunun temperaturu Şimal çimərliklərində 21-22°, Cənub çimərliklərində isə 23-24° isti olacaq.
BAKI, 20 iyun - Sputnik. İyunun 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.
Bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və
güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti,
gündüz 15-20° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0