Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xızıda sel basan ərazidən insanlar təxliyə edilib - VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Xızıda sel basan ərazidən insanlar təxliyə edilib
Xızıda sel basan ərazidən insanlar təxliyə edilib  - Sputnik Azərbaycan, 1920, 19.06.2023
Abunə olmaq
Təxliyə olunmuş vətəndaşlar Sumqayıt Regional Mərkəzinin inzibati ərazisinə gətirilib, daha sonra müvafiq olaraq yaşayış ünvanlarına yola salınıblar
BAKI, 19 iyun — Sputnik. Xızıda sel suları nəticəsində köməksiz vəziyyətdə qalan 22 nəfər təxliyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda köməksiz vəziyyətdə qalmış bir qrup sərnişinin təxliyəsi məqsədilə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası əraziyə cəlb olunub.
Yararsız vəziyyətə düşmüş və çətin keçilən yolla xüsusi təyinatlı texnika vasitəsilə əraziyə çatan FHN-in xilasediciləri köməksiz vəziyyətdə qalmış 1-i uşaq və 14-ü qadın olmaqla 22 nəfər vətəndaşı təxliyə edib, həmçinin ehtiyacı olan şəxslərə ilk tibbi yardım göstərilib. Təxliyə olunmuş vətəndaşlar Sumqayıt Regional Mərkəzinin inzibati ərazisinə gətirilib, daha sonra müvafiq olaraq yaşayış ünvanlarına yola salınıblar.
Xəbər lenti
0