DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ liderləri Rusiya MB-nın dondurulmuş aktivlərinin istifadəsini müzakirə edəcəklər

© AFP 2023 / DANIEL MUNOZdollar
dollar - Sputnik Azərbaycan, 1920, 19.06.2023
Abunə olmaq
AK nümayəndəsi Kristian Viqand Brüsseldə keçirdiyi brifinqdə Rusiyanın Aİ-də dondurulmuş suveren aktivlərinin istifadəsi və sanksiyaları pozduğuna görə şəxsi aktivlərinin müsadirəsi ilə bağlı sualı cavablandırıb.
BAKI, 19 iyun — Sputnik. İyun sammitində Aİ liderləri Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin istifadəsini müzakirə edəcəklər.
Bunu AK nümayəndəsi Kristian Viqand Brüsseldə keçirdiyi brifinqdə bildirib.
O, Rusiyanın Aİ-də dondurulmuş suveren aktivlərinin istifadəsi və sanksiyaları pozduğuna görə şəxsi aktivlərinin müsadirəsi ilə bağlı sualı cavablandırıb.
"Rusiyanın dövlət aktivlərinə gəldikdə, üzv dövlətlər Rusiya Federasiyası Mərkəzi Bankının 200 milyard avrodan çox vəsaitinin dondurulduğunu bildiriblər... Qarşıdakı sammitdə Avropa Komissiyasının bir neçə ay əvvəl Aİ-də bu aktivlərdən alınan faizlərlə iş yollarının axtarışı ilə bağlı verdiyi təklifə baxılacaq", - deyə o izah edib.
AK nümayəndəsi əlavə edib ki, hazırda "işçi qrupu (Aİ dondurulmuş aktivlər üzrə) çərçivəsində müzakirələr davam edir, sonuncu belə görüş mayın sonunda baş tutub".
Qeyd edək ki, Aİ-nin növbəti sammitinin iyunun 29-30-da baş tutacağı gözlənilir.
Xəbər lenti
0