Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

“Yuğ” Teatrı beynəlxalq teatr festivalında ölkəmizi təmsil edəcək - açıqlama

© Photo : YUĞ Dövlət Teatrı"Danabaşlar" adlı tamaşa, arxiv şəkli
Danabaşlar adlı tamaşa, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.06.2023
Abunə olmaq
Festival çərçivəsində “Yuğ” Dövlət Teatrı V.Şekspirin "III Riçard" əsəri əsasında hazırlanmış "Lənət" tamaşasını nümayiş etdirəcək.
BAKI, 17 iyun - Sputnik. Azərbaycan Dövlət “Yuğ” Teatrı Gürcüstanın Kutaisi şəhərində təşkil olunan "Teatral İmereti" beynəlxalq teatr festivalında iştirak edəcək. Bu barədə Azərtac-a sənət ocağının mətbuat xidmətindən məlumat verilib.
Sözügedən festival Gürcüstanın Kutaisi şəhərində yerləşən Mesxişvili Dövlət Teatrında keçirilir.

“Hər il keçirilən bu festivala 20-dən çox ölkə qatılır. Festival çərçivəsində Azərbaycanı “Yuğ” Dövlət Teatrı V.Şekspirin "III Riçard" əsəri əsasında, bolqarıstanlı rejissor Hristo Stoiçevin quruluşunda "Lənət" tamaşasını iyunun 20-də nümayiş etdirəcək", - deyə məlumatda vurğulanıb.

Bildirilib ki, səhnə əsərində Əməkdar artist Qasım Nağı və digər aktyorlar Oqtay Mehdiyev, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva, Zümrüd Qasımova çıxış edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0