DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, terrorçu məhv edilib

© AFP 2023 / AAREF WATADSiriya
Siriya - Sputnik Azərbaycan, 1920, 17.06.2023
Abunə olmaq
Əməliyyat nəticəsində terrorçu qruplaşma olan Marksist-Leninçi Kommunist Partiyasının (MLKP) rəhbərlərindən biri olan Osman Nuri Ocaklı məhv edilib.
BAKI, 17 iyun — Sputnik. Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada yeni antiterror əməliyyatı keçirib. “Anadolu” agentliyi xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Əməliyyat nəticəsində terrorçu qruplaşma olan Marksist-Leninçi Kommunist Partiyasının (MLKP) rəhbərlərindən biri olan Osman Nuri Ocaklı məhv edilib.
Məlumata görə, o, qruplaşmanın “Suriya üzrə məsul şəxsi" vəzifəsini icra edib və axtarışda olub.
Xatırladaq ki, MLKP 1994-cü il sentyabrın 10-da yaradılıb. Türkiyə MLKP-ni terror təşkilatı elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0