CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Quba-Xınalıq yolu boyunca hərəkət bərpa olunub

© Sputnik / Ilham MustafayevFərqli sivilizasiya və müasirliyin astanası - Xınalıqdan fotolent
Fərqli sivilizasiya və müasirliyin astanası - Xınalıqdan fotolent - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Abunə olmaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xəbərinə görə, güclü yağış nəticəsində yaranan sel suları avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub
BAKI, 16 iyun — Sputnik. Quba-Xınalıq avtomobil yolunda təxirəsalınmaz tədbirlər nəticəsində təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xəbərinə görə, güclü yağış nəticəsində yaranan sel suları avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub. Bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Qeyd edək ki, iyunun 15-i gecə saatlarında Qubada yağan güclü leysan yağışları səbəbindən yaranan sel suları Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub.
Yolun 50-57-ci kilometrliklərində dağlardan qopan torpaq kütləsi və daş parçaları yolun hərəkət hissəsinə tökülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0