Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin nüvə silahından istifadənin mümkün olduğunu bildirib

© Sputnik / Павел БедняковRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Abunə olmaq
Vladimir Putin Rusiyanın NATO-dan daha çox taktiki nüvə silahına malik olduğunu qeyd edib.
BAKI, 16 iyun - Sputnik. Nüvə silahından istifadə nəzəri cəhətdən mümkündür.
Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında çıxışında bildirib.
Putin nüvə silahının tətbiqinə mənfi yanaşdığını söyləyib. O, bu silahın ancaq Rusiya Federasiyanın mövcudluğuna təhlükə olan zaman tətbiq oluna biləcəyini söyləyib.
Putin, Rusiyanın NATO-dan daha çox taktiki nüvə silahının olduğunu da qeyd edib.
"Ona görə də NATO bizimlə birlikdə onları azaltmaq istəyir. Amma biz bunu etməyəcəyik", - deyə Prezident bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0