Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycana avtomobil idxalı qırx faizdən çox artıb

© AP Photo / Virginia MayoAvtomobillərin idxalı, arxiv şəkli
Avtomobillərin idxalı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Abunə olmaq
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 40.4% və ya 11 min 583 ədəd artıb. 2022-ci ilin müvafiq dövründə Azərbaycana 369 milyon 468.6 min dollar dəyərində 28 min 681 ədəd avtomobil idxal edilib.
BAKI, 16 iyun — Sputnik. 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 611 milyon 967.91 min dollar dəyərində 40 min 264 ədəd avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 40.4% və ya 11 min 583 ədəd artıb. 2022-ci ilin müvafiq dövründə Azərbaycana 369 milyon 468.6 min dollar dəyərində 28 min 681 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.3 dəfə və ya 682 ədəd avtomobil artaraq 812 ədəd avtomobil təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0