Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ermənistan ordusunun iki snayperi məhv edilib

© AR Ministry of DefenceAzərbaycan Ordusunda "Snayper hazırlığı kursu" keçirilir
Azərbaycan Ordusunda Snayper hazırlığı kursu keçirilir - Sputnik Azərbaycan, 1920, 15.06.2023
Abunə olmaq
Bu gün səhər DSX-nın şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri cavab tədbirləri nəticəsində zərərsizləşdiriliblər.
BAKI, 15 iyun - Sputnik. Ermənistan silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirilib.
“Caliber”in yaydığı məlumata görə, bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri cavab tədbirləri nəticəsində məhv ediliblər.
Xatırladaq ki, bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
Dövlət Sərhəd Xidmətindən bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilir.
Azərbaycan-Ermənistan sərhədi, Laçında post - Sputnik Azərbaycan, 1920, 15.06.2023
HƏRBİ
Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutub, Azərbaycan sərhədçisi yaralanıb
Xəbər lenti
0