SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Baş Prokuror: Ermənistanın təxribat xarakterli addımları sülhün bərqərar olmasına maneədir

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidГенеральный прокурор АР Кямран Алиев, фото из архива
Генеральный прокурор АР Кямран Алиев, фото из архива  - Sputnik Azərbaycan, 1920, 15.06.2023
Abunə olmaq
Kamran Əliyev bildirib ki, əsir götürülən Azərbaycan hərbçilərinə qarşı saxta sübutlarla cinayət təqibi aparılıb.
BAKI, 15 iyun - Sputnik. “Ermənistanın təxribat xarakterli addımları bölgədə sülhün bərqərar olmasına maneədir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında baş tutan üçtərəfli görüş zamanı deyib.
Onun sözlərinə görə, bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki Azərbaycan əsgəri əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Kamran Əliyev bildirib ki, əsir götürülən Azərbaycan hərbçilərinə qarşı saxta sübutlarla cinayət təqibi aparılıb.
Baş Prokuror iyunun 15-də Ermənistanın silahlı qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərini növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəmizin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nın hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığını diqqətə çatdıraraq, bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olmasına maneə olduğunu bildirib.
Состоялась трехсторонняя встреча между генеральными прокурорами Азербайджана, России и Армении - Sputnik Azərbaycan, 1920, 15.06.2023
CƏMİYYƏT
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü olub
Xəbər lenti
0