Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahil Babayev: Azərbaycanda əməkhaqları və təqaüdlər davamlı olaraq hər il artırılır

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Abunə olmaq
Nazir bildirib ki, son 5 ildə 400 min nəfər işlə təmin olunub və 62 min ailəyə özünüməşğulluq proqramı çərçivəsində biznes qurmağa yardım göstərilib.
BAKI, 14 iyun — Sputnik. Azərbaycan 2030-cu ilə qədər inkişaf strategiyasında BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədini nəzərə alıb. Bunlar yoxsulluğun və aclığın tamamilə aradan qaldlrılması, təhsilin hamı üçün əlçatan olması, işsizliyin və sosial ədalətin təmin olunması kimi məsələlərdir.
Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "2030-cu ilə doğru Azərbaycanda sosial iqtisadi inklüzivlik" mövzusunda keçirilən tədbirdə çıxışında deyib.
O bildirib ki, bu istiqamətdə atılan addımlar sırasında son 4 ildə 4 milyon nəfəri əhatə edən sosial proqrama 6,8 milyard manat vəsaitin ayrıldığını göstərmək olar.
Nazir qeyd edib ki, Azərbaycanda əməkhaqları və təqaüdlər davamlı olaraq hər il artırılır. Son illər əmək haqları 2,5 dəfə, təqaüdlər isə 5 dəfə artırılıb. Son 5 ildə 400 min nəfər işlə təmin olunub və 62 min ailəyə özünüməşğulluq proqramı çərçivəsində biznes qurmağa yardım göstərilib. Bu dövrdə 445 min nəfər peşə təhsilinə cəlb olunub və haqqı ödənilən ictimai işlərlə təmin edilib. Bunlarla yanaşı, əlil vətəndaşlara xidmət sahəsində 12 reabilitasiya mərkəzi istifadəyə verilib. Ötən il bu mərkəzlərdə 50 min əlilə xidmət göstərilib. Cari ildə 4 reabilitasiya mərkəzi tikilib istismara buraxılacaq. Məqsədimiz bu mərkəzlərdə ilə 100 min əlilə xidmət göstərməkdən ibarətdir.
Qeyd edək ki, iyunun 14-də Bakıda "2030-cu ilə dogru: Azərbaycanda sosial iqtisadi inklüzivlik" mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Baş nazirin müavini, Dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin kootdinatoru Viktor Bohkov və başqaları iştirak edirlər.
Tədbirdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonrakı dövrdə sosial iqtisadi inkişafı, həyata kecirilən islahatlar və perspektivdə ölkəni gözləyən inkişaf tendensiyaları nəzərdən keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0