QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda yeni su elektrik stansiyaları inşa ediləcək

© Official website of President of Azerbaijan RepublicMingəçevir Su Elektrik Stansiyası
Mingəçevir Su Elektrik Stansiyası - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə bildirib ki, ilin sonuna qədər digər su elektrik stansiyalarının bərpası ilə bağlı işlər tamamlanacaq və yeni stansiyalar tikiləcək
BAKI, 13 iyun — Sputnik. Qarabağda yeni su elektrik stansiyaları (SES) inşa ediləcək. Bunu Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə "İşğaldan Azad Edilmiş Ərazilərin Ölkə İqtisadiyyatına Reinteqrasiyası: Hədəflər və İstiqamətlər" mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda deyib.
O, hazırda Qarabağda 30-a yaxın su elektrik stansiyasının bərpa edildiyini xatırladıb. Şöbə müdiri bildirib ki, Qarabağ hidroenerji potensialına malik regiondur. O əlavə edib ki, ilin sonuna qədər digər su elektrik stansiyalarının bərpası ilə bağlı işlər tamamlanacaq və yeni stansiyalar tikiləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0