CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə qazilərə "bir abbası" vermək təklif olundu

© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)Müharibə əlili
Müharibə əlili  - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
Deputat bildirib ki, qazilərə verilən müavinətlərin məbləğinin artırılması məqsədəuyğun olardı.
BAKI, 13 iyun - Sputnik. Qazilərə verilən müavinətlərin məbləğinin artırılması təklif edilir.
Bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 13-də keçirilən plenar iclasında çıxış edib.
Deputat bildirib ki, qazilərə verilən müavinətlərin məbləğinin artırılması məqsədəuyğun olardı:
"Həmişə müdafiə etdiyim qazilərin "bir abbası"sının verilməsini xahiş edirəm. İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Qaziləri bununla sevindirmək olar. Bununla onların rifah halını yaxşılaşdırmaq olar".
Xəbər lenti
0