Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda daha bir marşrut xətti "BakuBus"a verilir

© TRENDBakuBus avtobusu
BakuBus avtobusu - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
İyunun 15-dən bu xətt üzrə daşımalar dövlət şirkətinin istismarında olan müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək.
BAKI, 13 iyun — Sputnik. Nazirlər Kabinetinin 52 nömrəli qərarının tələbləri əsasında 172 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin qalibi "BakuBus" MMC elan olunub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədilə "Ayşən-LTD" MMC-nin müvəqqəti istismarında olan 172 nömrəli müntəzəm marşrut xətti üzrə (Bilgəh qəsəbəsi –"Koroğlu" NMM) sərnişindaşımaları "BakuBus"a həvalə edilib.
İyunun 15-dən bu xətt üzrə daşımalar dövlət şirkətinin istismarında olan müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək. Bu dəyişiklik sayəsində ümumilikdə 10 000 nəfərə yaxın sakini olan Bilgəh qəsəbəsi üzrə əhalinin ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0