Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan bayrağı İrəvanda yandırıldığına görə dünya çempionatı Ermənistana verilməyib

© Photo : Screenshotİrəvanda Azərbaycan bayrağı
İrəvanda Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 12.06.2023
Abunə olmaq
İcraiyyə Komitəsinin Kubadakı iclasında dünya çempionatının Bəhreyndə keçirilməsi qərara alınıb
BAKI, 12 iyun — Sputnik. 2024-cü ildə keçiriləcək ağır atletika üzrə dünya çempionatının yeri müəyyənləşib.
Bu barədə qərarı Beynəlxalq Ağır Atletika Federasiyası verib.
Təşkilatçılığa 3 namizəd arasında seçim edilib. İcraiyyə Komitəsinin Kubadakı iclasında dünya çempionatının Bəhreyndə keçirilməsi qərara alınıb. Digər namizədlərdən biri Ermənistan isə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında baş verənlərə görə səsvermədə Asiya ölkəsinə uduzub.
Qeyd edək ki, son qitə çempionatının İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırılıb (APA).
Xəbər lenti
0